Çempionlar Liqası: "Neftçi"nin potensial rəqibi müəyyənləşdi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycan çempionu "Neftçi"nin də potensial rəqibi müəyyənləşib.
"Ağ-qaralar" II raundda Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" ilk matçını evdə oynayacaq.
III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda olacaq.
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.
Oxşar xəbərlər
ÇL: "Neftçi"nin potensial rəqibi müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mər...