ÇL: "Neftçi"nin potensial rəqibi müəyyənləşir

ÇL: Neftçinin potensial rəqibi müəyyənləşir
İdman 315

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək. II raundda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq "ağ-qaralar" püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Azərbaycan çempionu üçün 5 mümkün rəqib var. Yalnız "Alaşkert" (Ermənistan) – "Şerif" (Moldova) cütü flaqmana potensial rəqib ola bilməz.

III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi“Slaviya” (Çexiya)“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi“Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi“Kayrat” (Qazaxıstan) / “Srvena zvezda” (Serbiya) cütünün qalibi“Reyncers” (Şotlandiya)

Səpələnməmişlər

“Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)“Malmö” (İsveç) – HİK (Finlandiya)“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)“Legiya” (Polşa) – “Flora” (Estoniya)“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)“Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Son xəbərlər