Çempionlar Liqası: "Ayaks"dan darmadağın, "Ayntraxt" evdə uduzdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun daha 2 oyunu keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, A qrupunda Niderland "Ayaks"ı evdə Şotlandiya "Reyncers"ini darmadağın edib. Meydan sahiblərindən qolları 17-ci dəqiqədə Edson Alvares, 32-ci dəqiqədə Stiven Bergeys, 34-cü dəqiqədə Məhəmməd Kudus və 80-ci dəqiqədə Stiven Berqveyn vurublar.
Digər görüş isə D qrupunda baş tutub. Portuqaliya "Sportinq"i Almaniyada "Ayntraxt" (Frankfurt) komandasına 3 cavabsız qolla qalib gəlib. Qonaqlardan 65-ci dəqiqədə Markus Edvards, 67-ci dəqiqədə Fransişku Trinkan və 82-ci dəqiqədə Nunu Santuş fərqləniblər.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
7 sentyabr
A qrupu
20:45. "Ayaks" (Niderland) - "Reyncers" (Şotlandiya) - 4:0
Qollar: Edson Alvares, 17. Stiven Bergeys, 32. Məhəmməd Kudus, 34. Stiven Berqveyn, 80
D qrupu
20:45. "Ayntraxt" (Frankurt, Almaniya) - "Sportinq" (Portuqaliya) - 0:3
Qollar: Markus Edvards, 65. Fransişku Trinkan, 67. Nunu Santuş, 82
Qeyd edək ki, ilk turun son 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Oxşar xəbərlər
"Beşiktaş" və "Şaxtyor" avrokuboklarla vidalaşdı, "İnter" 1/8 finala yaxınlaşdı - VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 2 oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, C qrupunda Türkiyə "Beşiktaş"ı pley-offa...