Çempionlar Liqası: "Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turu üzrə rəmzi heyətə daxil edilib.
BAKU.WS UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionunun üzvü həftənin ən yaxşı futbolçuları sırasında yer alıb.
O, bu uğura Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyundakı performansı ilə nail olub. Ağdam klubu sözügedən qarşılaşmada doğma meydanda rəqibini 3:2 hesabı ilə məğlub edib.
Matçda 90 dəqiqə meydanda olan Elvin Cəfərquliyev bir məhsuldar ötürmə ilə yadda qalıb və oyunun ən fəal futbolçularından biri olub.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...