Bu mövsüm La Liqanın ən bahalı 5 TRANSFERİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün, Bakı vaxtı ilə saat 22:00-da İspaniya La Liqasında yay transfer pəncərəsi rəsmən bağlanıb.
Hər il olduğu kimi bu il də dünyanın aparıcı ölkə liqalarından sayılan İspaniyanın birinci liqasında milyonlarla avroliq tranfer dövriyyəsi baş tutub. Bu il heyətini gücləndirən ispan nəhəngləri arasında "Real Madrid" böyük pay sahibi olub.
BAKU.WS 2025/2026 mövsümünün yay transfer pəncərəsində İspaniya çempionatında ən bahalı transferi təqdim edir:
Dean Huijsen - "Bournemouth"dan "Real Madrid"ə, 62,5 milyon avroya;
Alvaro Karreras - "Benfika"dan "Real Madrid"ə, 50 milyon avroya;
Franko Mastantuono - "River Pleyt"dən "Real Madrid"ə, 45 milyon avroya;
Aleks Baena - "Villarreal"dan "Atletiko"ya, 42 milyon avroya;
Georges Mikautadze - "Lion"dan "Vilyarreal"a, 31 milyon avro.
Qeyd edək ki, 3 turdan sonra La Liqanın turnir cədvəlinə 9 xalla "Real Madrid" başçılıq edir, "Atletik Bilbao" eyni xalla ikinci, "Vilyarreal" və "Barselona" da ilk 4-lükdə (hər biri 7 xal) qərarlaşıb.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...