Bu gün Rafael Ağayevin doğum günüdür

Bu gün Rafael Ağayevin doğum günüdür
İdman 91

Bu gün Azərbaycan karatesinin "Qara brilliant"ı, 5 qat dünya, 11 qat Avropa çempionu, Olimpiya ikincisi Rafael Ağayevin doğum günüdür.

BAKU.WS xəbər verir ki, Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

O, atasının yolu ilə gedərək 7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilib, ona ilk vərdiş və bacarıqları aşılayıb.

İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb etmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan «Budokan»da məşq etməyə dəvət alıb.

Rafael artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi.

O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak edib. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olub və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmayıb.

Rafael Ağayev karate ilə məşğul olmağa yeddi yaşında başlayıb. İdmanda atdığı ilk addımlarda Rafael Məmmədovun (məşqçi) rolu həlledicidir. Brüs Linin lent yazılarını seyr etmək Rafaeli ruhlandırırdı.

Həmin vaxtı o, uşaq idi və Brüs Linin məşq etdiyi kunq-fu idman növünü karate ilə səhv salırdı. Uşaqlıqda dəcəl olduğu üçün valideynləri onun karate ilə məşğul olmağına qərar verdilər və Rafaeldə də bu idman növünə həvəs yaradırdılar.

2003-cü ildə 21 №-li orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsinə daxil olmuş, 2007-ci ildə oranı güləşmə və onun metodikası karate üzrə məşqçi-müəllim ixtisası üzrə bitirib.

Həmişə yarışdan əvvəl Allaha dua edir. 2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ildə yarışlara qatıla bilmədi. 2015-ci ildə yenidən var gücü ilə mübarizə aparmağa başlayıb.

75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rafael Ağayev 2015 Avropa Oyunlarında çempion adını qazanıb, qızıl medala sahib olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da mübarizə aparıb. Finala qədər yüksələn Rafael Ağayev həlledici görüşdə məğlub olaraq Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Hazırda R.Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi vəzifəsində çalışır. Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.

Rafael Ağayev "Karate Combat"da çempionluq kəmərinə yiyələnib. O, titul uğrunda ABŞ təmsilçisi Reymond Denielsə qalib gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər