Bu gün Misli Premyer Liqasında XIII tura yekun vurulacaq

Bu gün Misli Premyer Liqasında XIII tura yekun vurulacaq
İdman 26

Bu gün futbol üzrə Misli Premyer Liqasında XIII tura yekun vurulacaq.

BAKU.WS xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Şamaxı" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.

Turun bağlanış oyununda isə "Araz-Naxçıvan" "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma saat 16:30-da start götürəcək.

Qeyd edək ki, XIII turun əvvəlki matçlarında "Zirə" "Kəpəz"ə, "Qarabağ" "Karvan-Yevlax"a 2:0, "Sabah" "İmişli"yə 3:0 hesabı ilə qalib gəlib, "Turan Tovuz" isə "Neftçi" ilə qolsuz heç-heçə edib.

Son xəbərlər