Bu gün “El-Klassiko” keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün İspaniya La Liqasının 11-ci həftəsində mövsümün ilk "El-Klassiko"su baş tutacaq.
BAKU.WS xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə 18:15-də start götürəcək.
Hazırda La Liqada Kataloniya təmsilçisi 24 xalla üçüncü, paytaxt klubu isə 25 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Barselona" və "Real Madrid" indiyədək La Liqada 186 dəfə üz-üzə gəlib. Sözügedən görüşlərdə "Real Madrid" 77 dəfə qalib gəlib, "Barselona" isə 74 dəfə rəqibini qabaqlayıb.
İki komanda arasında keçirilən 35 qarşılaşma heç-heçə ilə bitib.
"Kral klubu" bu matçlarda 299 qol vurduğu halda, "Barsa" 298 qola imza atıb.
"El-Klassiko"da ən çox qol vuran futbolçu isə 18 qolla Lionel Messi olub.
Oxşar xəbərlər
Növbəti "El-Klassiko": "Barselona" və "Real Madrid" 187-ci dəfə üz-üzə
İspaniya La Liqasının 11-ci həftəsində mövsümün ilk "El-Klassiko" matçında "Barselona" lider "Real Madrid"lə qarşılaşacaq. BAKU.WS xarici mətbuata istinadən xəb...