Bu da Türkiyənin ilk uçan maşını FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə ilk uçan maşınını havaya qaldırdı.
BAKU.WS-in məlumata görə, türk mühəndislərin hazırladıqları 230 kq-lıq prototip uçuş testlərində 10 metrə yaxın havaya qalxıb. "Cezeri" adlandırılan uçan maşının sınaqları sentyabrın 11-də başlayıb. Ağıllı uçuş sistemi ilə təhciz edilən maşın gecə uçuşlarını da uğurla tamamlayıb.
Maşın adını alim Əl-Cəzaridən (1136, İraq – 1206, Türkiyə) götürüb. Onun üzərində iş 1,5 il öncə başlayıb. Yaxın zamanlarda maşının daha inkişaf etmiş prototipləri yaradılacaq. Ancaq bu texnikanın yollara çıxması 10-15 ilə kimi vaxt aparacaq. Hələlik yeniliyin detalları ilə bağlı ətraflı açıqlama verilməyib.
Uçan maşın ilk dəfə ötən ilin dekabr ayında Texnofest festivalında nümayiş etdirilib. Adıçəkilən festivalı 2 milyona yaxın insan ziyarət etmişdi.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda oynayıb, erməni klublarında karyeralarını davam etdirənlər - ADLAR
Millimizdə oynamış futbolçu Məhəmməd Musalov iki gün əvvəl Ermənistanın “Pünik” komandasına keçib. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, “Vikipediya”nın ən...