Bruno Fernandeş "Bayern" yolunda

Bruno Fernandeş Bayern yolunda
İdman 92

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes "Bayern"ə keçə bilər.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

Münhen klubunun rəhbərliyi artıq 29 yaşlı portuqaliyalının agenti ilə əlaqə saxlayıb. Yarımmüdafiəçi ilə "Barselona"nın da maraqlandığı bildirilir.

Kataloniya klubu da yaxın vaxtlarda danışıqlara başlaya bilər.

Xatırladaq ki, Bruno Fernandes 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. Bu müddət ərzində futbolçu bütün turnirlərdə 230 matçda iştirak edib, 79 qol vurub, 64 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunu 70 milyon avro qiymətləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər