Braziliyalı hücumçu "Qarabağ"da oynamağa razılıq verdi
"Qarabağ" uzun axtarışlardan sonra hücumçu transferini reallaşdırmağa yaxındır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi braziliyalı futbolçu Andre Klovis məsələsində irəliləyiş əldə edib.
Belə ki, uzun müddətdir "Qarabağ" braziliyalı hücumçunun transferi üçün danışıq aparır. Məlumata görə, Qurban Qurbanovun sərəncamında görmək istədiyi Klovisi yola gətirmək mümkün olub. Hətta yaxın vaxtlarda tərəflərin yekun razılığa gələcəyi də gözlənilir.
Əgər keçid reallaşsa, hətta "Qarabağ"ın onu avrokubok matçlarında növbəti mərhələ oyunları üçün sifariş edə biləcəyi də ehtimal olunur.
27 yaşlı forvard müqavilə ilə Portuqaliyanın "Akademika Vizeu" klubuna məxsusdur. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klovis karyerası ərzində "İnternasional", "Leykşoeş", "Eştoril" klublarında oynayıb.
Oxşar xəbərlər
"Aston Villa" Ferran Torresin transferi üzərində işləyir
İngiltərənin "Aston Villa" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Ferran Torresi heyətinə qatmaqda maraqlıdır. BAKU.WS report-a istinadən xəbər veri...