Braziliyada rekord vuran idmançı yoxa çıxıb
Braziliyanı təmsil edən marafonçu Daniel Ferreyra San-Paulu ştatında itkin düşüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı TMC portalı yayıb.
Bildirilir ki, idmançı sonuncu dəfə iyun ayının 19-da Barra-Funda bələdiyyəsində yerləşən evindən çıxarkən görünüb. Anasının dediyinə görə, atlet evi tərk edərkən özü ilə sadəcə qara rəngli kürək çantası götürüb. Ailə üzvləri bir neçə həftə davam edən fərdi axtarışlardan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər. Atletin anası əlavə edib ki, Ferreyranın psixi sağlamlığı ilə bağlı problemləri mövcuddur.
Qeyd edək ki, 27 yaşı olan Ferreyra 2021-ci ildə təşkil edilən Tokio Olimpiadasında iştirak edib. İdmançı 2022-ci ildə marafon qaçışında 2 saat 4 dəqiqə 51 saniyəlik göstərici ilə 1998-ci ildən qalma nəticəni geridə qoyub və Cənubi Amerika rekordunu müəyyənləşdirib.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" əvəzedicilərdən ibarət komandası ilə bağlı AFFA-ya müraciət edib
"Araz-Naxçıvan"ın əvəzedicilərdən ibarət komandasının 2026/2027 mövsümündə ev oyunlarını keçirmək istədiyi stadion bəlli olub. BAKU.WS xəbər verir ki, bu barədə...