“Braqa” ilə oyun öncəsi “Qarabağ”dan ŞAD XƏBƏR
22
fev
2024
08:35
“Qarabağ” klubu “Braqa” ilə oyuna tam heyətlə çıxacaq.
BAKU.WS "offsideplus.az"a istinadən xəbər verir ki, ötən matçı zədə səbəbindən buraxan Kevin Medina bu gün baş tutacaq oyunda iştirak edə bilər.
Baş məşqçi Qurban Qurbanov bu barədə “Braqa”ya qarşı oyun öncəsi keçirilən mətbuat konfransında açıqlama verib. O, komandanın sağlamlıq durumu ilə bağlı suala belə cavab verib:
“Hər şey qaydasındadır”.Qeyd edək ki, “Qarabağ” - “Braqa” matçı 22 fevral saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Oxşar xəbərlər
Sabah da söz sahibi komandam olacaq - Qurban Qurbanov
Sabah, həqiqətən, bizim üçün çox vacib və dəyərli oyun olacaq. BAKU.WS İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA...