"Böyük Dəbilqə": Son gündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb
04
may
2025
18:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə daha bir Azərbaycan cüdoçusu gümüş medal qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimova "ippon"la məğlub olub və gümüş medalla kifayətlənib.
Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevə uduzub.
Qeyd edək ki, daha əvvəl Elcan Hacıyev (90 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Vüqar Talıbov (90 kq) isə gümüş medal qazanıb
Oxşar xəbərlər
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Azərbaycanı təmsil edən İmran və İbrahim Novruzi qardaşları Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Mental Arifmetika Olimpiadasında uğur qazanıblar....