"Böyük Dəbilqə": bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
"Report"un məlumatına görə, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.
İbrahim Əliyevin (73 kq) ilk rəqibi Mark Xristov (Bolqarıstan) olacaq.
81 kq çəki dərəcəsində isə iki milli üzvü mübarizə aparacaq. Məhərrəm İmamverdiyev ilk görüşdə Qırğızıstan cüdoçusu Əsəd Masabirovla, Ömər Rəcəbli isə Argentina təmsilçisi Tomas Moraleslə qarşılaşacaq.
Azərbaycan millisi martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.
Qeyd edək ki, yarışın ilk günündə 8 təmsilçimizdən ikisi fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.
Oxşar xəbərlər
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar - YENİLƏNİB
Cüdo üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə iki medal qazanıb. BAKU.WS Report-a istinadən xəbər...