Böyük Dəbilqə: Azərbaycan cüdoçusu gümüş medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 90 kq çəki dərəcəsində yarışan Murad Fətiyev gümüş medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında niderlandlı idmançı Noel Van Endə məğlub olub.
Murad Fətiyev həlledici görüşə qədər ardıcıl olaraq Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyib.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.
Oxşar xəbərlər
Cüdoçumuz Parisdə qızıl medal qazandı - YENİLƏNİB
Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl meda...