"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü iki medalla başa vurublar

Azərbaycan cüdoçuları Bakıda keçirilən keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.
"Report" xəbər verir ki, Əhməd Yusifovun (60 kq) ardınca Elşən Əsədov (66 kq) da üçüncü yer uğrunda qarşılaşmada qələbə qazanıb.
O, özbəkistanlı Azizbek Ortıkovla görüşdə qalib gələrək bürünc medala yiyələnib.
Daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc mükafat uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə uduzub.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
***17:42
Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən "Böyük Dəbilqə"də bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 25 yaşlı idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Xalmatovla üz-üzə gəlib.
Yusifov rəqibini qızıl xal bölümündə məğlub edib.
Eyni çəkidə Balabəy Ağayev bürünc mükafat uğrunda görüşdə belçikalı Jorre Verstraetenə uduzub.
Bu gün Elşən Əsədov (66 kq) üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Azizbek Ortıkovla üz-üzə gələcək.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
Oxşar xəbərlər
"İnter" klubu yeni transferini açıqlayıb
İtaliyanın "İnter" klubu yeni futbolçu transferini açıqlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb...
