Boksçumuz Avropa birinciliyində 1/4 finala yüksəlib
23
iyl
2023
13:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan boksçusu Sübhan Babayev Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.
Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.
50 kq çəkidə çıxış edən idmançı ikinci döyüşündə Maksim Çekini (Ukrayna) sınağa çəkib.
Startda Ahmet Yılmaza (Türkiyə) qalib gələn S.Babayev bu dueli də aktivinə yazıb. O, rəqibini 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məktəblilər arasında Avropa çempionu 1/4 finalda ingiltərəli Riza Safari ilə üz-üzə gələcək. Görüş iyulun 26-da olacaq.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə boksçularından bayraqlara qarşılıqlı EHTİRAM - VİDEO
Rumıniyanın Ployeşti şəhərində davam edən yeniyetmə oğlan boksçular arasında Avropa birinciliyində Azərbaycan və Türkiyə idmançıları bir-birlərinin formaları üz...