Boksçularımız MDB Oyunlarında 10 medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Belarusda keçirilən II MDB Oyunlarında boks yarışlarına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millimiz turniri 10 medalla başa vurub.
Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar.
Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.
Yığmamız bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub. Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.
Oxşar xəbərlər
Azərbaycanı MDB Oyunlarında təmsil edəcək boksçular müəyyənləşib
Azərbaycanı Belarusda keçiriləcək II MDB Oyunlarında təmsil edəcək boksçular bəlli olub. Federasiyadan verilən məlumata görə, avqustun 4-dən 14-dək təşkil oluna...