Boks Federasiyanda 8 aydır maaş verilmir

Boks Federasiyanda 8 aydır maaş verilmir
İdman 1199

Azərbaycan Boks Federasiyası və Taekvando Federasiyası işçilərinin əmək haqqları gecikdirilir.

Bu barədə Federasiyanın idmançıları BAKU.WS-ə məlumat veriblər.Bildirilir ki, idmançılar artıq 8 aydır maaş ala bilmirlər. Artıq legionerlərin də öz ölkələrinə geri qayıtmaq fikrində olduqları bildirilir. Əmək haqqılarının nə səbəbdən gecikdirilməsini öyrənmək üçün Boks Federasiyası ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tahir Hümmətov BAKU.WS-ə bildirdi ki, qurumda əmək haqqıların verilməməsilə bağlı şikayətin heç bir əsası yoxdur.“Bizim boksçular hazırda təlim-məşq toplaşındadırlar. Bu bir daha onu sübut edir ki. Onlara maaş verilməməklə bağlı iddiaların heç bir əsası yoxdur. Təlim məşqi bitirib 22 yaşadək idmançılar arasında Avropa çempionatına gedəcəklər.Maaş məsələsinə gəlincə, ötən ilin son ayı, bayram ərəfəsində 2 aylıq məvacib verilib. İlin yekun ayları verilib. İndi də fevral ayı tam yekunlaşmayıb. Ola bilər ki, şikayət edən yığmanın üzvü deyil. Yığmanın üzvü olmayanlara da əmək haqqı ödənilmir”. – deyə Tahir Hümmətov bildirib.Cavid BabayevBAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda hadisə: Kişinin halı pisləşdi  – FOTO

Bakı metrosunda hadisə: Kişinin halı pisləşdi – FOTO

Bu gün səhər saatlarında Bakı metrosunda həyəcanlı anlar yaşanıb.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, qatarda basabas o...

1051 Hadisə 12:51 13 fevral 2019

Son xəbərlər