Biləsuvarda şəhidlərin xatirəsinə həsr olunmuş güləş üzrə region birinciliyi keçirilib
Biləsuvar Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri İqbal Astanlı və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında açıq region birinciliyi keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, yarışda rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.
Yarışda Azərbaycanın müxtəlif bölgələrindən və Qazaxıstan Respublikasından 100-dən çox idmançı iştirak edib. Yaş qrupları üzrə keçirilən görüşlərdə idmançılar arasında gərgin mübarizə gedib.
Yarışın yekununda qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bildirilib ki, region birinciliyinə sabah yekun vurulacaq.
Oxşar xəbərlər
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
"Neftçi" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb. BAKU.WS xəbər verir ki, "ağ-qaralar" IV turda "Şəfa"nı məğlub edib - 4:1. Meydan sahiblərinin qolla...