Beterbiyev Smiti nokautla məğlub etdi, üç dünya çempionu titulunu qorudu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı Artur Beterbiyev 79,38 kiloqram çəki dərəcəsində peşəkar boksçular arasında üç dünya çempionu titulunu qoruyub.
Kanadanın Kvebek şəhərində 12 raundluq döyüşdə o, britaniyalı Kallum Smiti yeddinci raundda texniki nokautla məğlub edib.
Beterbiev Dünya Boks Şurası, Beynəlxalq Boks Federasiyası və Ümumdünya Boks Təşkilatının versiyalarına görə dünya çempionu titullarını qoruyub.Qeyd edək ki, 38 yaşlı Beterbiyev karyerası ərzində 20 döyüşdə 20 qələbə (hamısı nokautla) qazanıb və heç bir məğlubiyyəti yoxdur. 33 yaşlı Smit isə 29 qələbəyə (21-i nokautla) imza atıb və ikinci məğlubiyyətini alıb.//oxu.az
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı...