"Beşiktaş" Sərgən Yalçınla yollarını ayırır

Beşiktaş Sərgən Yalçınla yollarını ayırır
İdman 28

Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Sərgən Yalçınla yollarını ayırmaq qərarı verib.

BAKU.WS xəbər verir ki, klub prezidenti Serdal Adalı ilə keçirilən görüşdən sonra tərəflər ayrılıq barədə razılığa gəliblər. "Beşiktaş"ın yaxın vaxtlarda qərarı rəsmi şəkildə açıqlayacağı gözlənilir.

Sərgən Yalçın daha əvvəl Türkiyə Kubokunun yarımfinalında "Konyaspor"la oyundan sonra ayrılıq siqnalları vermişdi.

Klubda yalnız baş məşqçi deyil, idman koordinatoru vəzifəsində çalışan Serkan Reçberlə də yollar ayrılıb.

53 yaşlı mütəxəssis ötən ilin avqustunda ikinci dəfə "Beşiktaş"ın başına keçmişdi. O, bu müddətdə komandaya 39 oyunda rəhbərlik edib. İstanbul təmsilçisi həmin matçlarda 20 qələbə qazanıb, 10 heç-heçə edib və 9 dəfə məğlub olub.

Qeyd edək ki, Sərgən Yalçın 2020-2021 mövsümündə "Beşiktaş"la həm Türkiyə Superliqasının, həm də Türkiyə Kubokunun qalibi olmuşdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər