"Beşiktaş"ın ulduzu xəstəxanaya yerləşdirildi
29
okt
2023
17:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Beşiktaş" klubunun futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
32 yaşlı hücumçunun dünən məşqdən sonra halı pisləşib.
Kamerunlu forvard bu səbəbdən ötən gecə xəstəxanada qalıb və hazırda onun müalicəsi davam etdirilir.
Bu mövsüm ümumilikdə 18 matça çıxan Abubakar 11 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Beşiktaş" oktyabrın 30-da Türkiyə Superliqasının növbəti turunda "Qaziantep"i qəbul edəcək.
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Avrokuboklarda mübarizəsini dayandırdı - YENİLƏNİB-6
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub. Bakıd...