Paskal Nouma yeni qalmaqala düşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Adı tez-tez qalmaqallarda hallanan, "Beşiktaş"ın əfsanələrindən olan Paskal Nouma bu dəfə şiddət xəbərləri ilə gündəmə gəlib.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu karyerasını başa vurduqdan sonra İstanbulda yaşamağa davam edən keçmiş futbolçunun İstanbulun Göktürk ərazisindəki evinin yaxınlığında 2 azyaşlı uşağı döydüyü iddia edilib.
İddiaya görə, Nouma yolda ingilis dilində mahnılar oxuyan uşaqların sözlərini üstünə götürüb.
Keçmiş futbolçu daha sonra avtomobillə uşaqların arxasınca gedib, onları yerə yıxıb və təpikləyib.
Başının arxasında yara olduğunu deyən uşağın belində şiddət izləri olduğu müəyyən edilib. Uşaqlar ailələri ilə birlikdə polis bölməsinə gedərək futbolçudan şikayət ediblər.
Digər tərəfdən, iddialara cavab verən Nouma hərəkətini etiraf edərək, ona irqçi sözlər söyləndiyini və hadisənin baş verməsinin səbəbi olduğunu bildirib.
Nouma məsələ ilə bağlı şikayət edəcəyini də bildirib.
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Avrokuboklarda mübarizəsini dayandırdı - YENİLƏNİB-6
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib. Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub. Bakıd...