“Beşiktaş” klubu baş məşqçisini 41 gündən sonra istefaya göndərib

“Beşiktaş” klubu baş məşqçisini 41 gündən sonra istefaya göndərib
İdman 5

Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Rza Çalımbayı istefaya göndərib.

“Report”un məlumatına görə, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Superliqanın XVII turunda “Alanyaspor”la (1:3) oyundan sonra rəhbərlik iclas keçirib. Toplantıda 60 yaşlı mütəxəssislə yolların ayrılması qərara alınıb.

Qeyd edək ki, Rza Çalımbay noyabrın 10-da “Beşiktaş”ın baş məşqçisi təyin olunmuşdu. O, bu postda cəmi 41 gün qala bilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər