Türkiyə klubu baş məşqçisini istefaya göndərdi

02
okt
2023
16:50
Son olaraq "Qalatasaray"a 1:2 hesabı ilə uduzan "Ankaragücü" klubu baş məşqçisi Tolunay Kafkası istefaya göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.
55 yaşlı mütəxəssislə rəhbərlik arasında baş tutan görüşün ardından belə bir qərar qəbul olunub.
İstefaya paytaxt komandasının ölkə çempionatının ilk 7 turunda uğursuz çıxış etməsi səbəb olub.
Qeyd edək ki, "Ankaragücü" 6 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Konfrans Liqası: “Neftçi” Bakıda “Beşiktaş”a məğlub olub - YENİLƏNİB-8
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu “Beşiktaş”ı qəbul edib. Bak...
