Beşqat Azərbaycan çempionu Nərminə Əliyeva: "Mən yenidən bunu etmək istəyirəm" (FOTO, VİDEO)
"Mən idmanla uşaqlığdan, daha dəqiq desək özümü tanıyandan məşğul oluram. İdman dünyasıyla məni atam tanış edib. Mən buna görə həmişə ona minnətdar olacağam. Uzun müddətdən bəri mən karateylə məşğul oluram. Əvvəlcə valideynlərim yarışlarda mənim çıxışıma qarşı idilər. Onlar istəyirdilər ki, mən özünümüdafiə texnikasına öyrənim. Atam bu idman növünü seçməyimə qarşı idi, amma mən təkid edirdim və arzularıma nail olmağa çalışırdım. İdman məni və iç dünyamı əks etdirir".
Bunu karate döyüş sənəti üzrə beşqat Azərbaycan çempionu, Qafqaz Kubokunun qalibi, Dünyanın Kuboku, Rusiya Kuboku, Kik-boksinq üzrə Kubokun qalibi Nərminə Əliyeva BAKU.WS-ə müsahibəsində deyib.
Xanım idmançı bir çox yarışlarda iştirak etdiyini və çox sayda medalları olduğunu söyləyib. Yarışlar Rusiyada, Türkiyədə, Gürcüstanda və Ukraynada baş tutub. "Mən daxili qoşunlarda xidmət etmişəm və bununla fəxr edirəm. Öz yaşıdlarıma cavanlıqda Vətən üçün xidmət etməyi məsləhət görürəm. Bu yaxınlarda mən kik-boksinqlə məşğul olmağa başladım. Təxminən 1,5 il müddətdə mən özümü yarışlarda sınaya bildim. Son 2 ay ərzində mən kik-boksinq üzrə kubokun qalibi və respublika çempionu oldum. İlk növbədə, mən məşqçimə, öz yaxınlarlarıma, valideynlərimə, və dostlarıma minnətdaram. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm!"
Xanım idmançı bütün idmançılar üçün ən böyük nailiyyətin və qürurun Vətəninin Himni səslənəndiyi an olduğunu deyib. "Mən yenidən bunu etmək istəyirəm. Həmişə fəxr edəcəyəm ki, mən Azərbaycanlıyam!"
BAKU.WS
Oxşar xəbərlər
Nazir Zabit Səmədovu qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov peşəkar kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu, müxtəlif Qran-prilərin qalibi Zabit Səmədovu qəbul edəcək. BA...