Bekhem Messini buna görə ABŞ-a aparıbmış

Bekhem Messini buna görə ABŞ-a aparıbmış
İdman 204

"İnter Mayami"nin prezidenti, keçmiş futbol ulduzu Devid Bekhem əfsanəvi argentinalı hücumçu Lionel Messini MLS-ə köçürməkdə məqsədini açıqlayıb.

Bu barədə BAKU.WS xarici mediaya istinadən xəbər verir.

Onun sözlərinə görə, o, bunu təkcə öz klubu üçün deyil, həm də bütün Amerika naminə edib:

"Bu qədər maneələrdən keçmək və sonra yenə də MLS-də Messini meydanda görmək inanılmazdır. Həmişə deyirdim ki, Leonu Amerikaya təkcə "İnter Mayami" üçün deyil, bütün ölkə üçün, MLS üçün, ümumiyyətlə idman üçün gətirmişəm"

Mən indi Amerika və Kanadanın istənilən stadionuna gəlib Messi kimi futbolçuya baxa biləcək yeni nəsil uşaqları ruhlandırmaq istədim”.

Bekhemin fikrincə, Messinin ABŞ-a gəlişi yerli idmanın inkişafında böyük rol oynayır.

Xatırladaq ki, Messi Amerikaya köçməzdən əvvəl "Barselona" və PSJ-də çıxış edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər