Bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turnirinə start verilib - FOTO/VİDEO

Sentyabrın 21-də Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gimnastika üzrə «Grace of Nature» Beynəlxalq turnirinə start verilib.
Azərbaycan və Qazaxıstandan 300-ə yaxın idmançı çempion adı uğrunda mübarizə aparıb - belə miqyaslı yarışlar muxtariyyətin paytaxtında ilk dəfə idi keçirilirdi.
Bu gün, sentyabrın 22-də bədii gimnastika üzrə Beynəlxalq turnirin final gününə start verilib.
Yarışın ən parlaq iştirakçılarından biri də gənc idmançılardan ibarət “Su İdmanı Sarayı”nın komandası olub. Baş məşqçi Nəzirə Fərədova, məşqçilər Siyasət Əmiraslanova və İmran Aslanlının rəhbərliyi altında qızlar medal qazanıblar:
16 - qızıl4- gümüş2 - bürünc
“Su İdmanı Sarayı” idman kompleksimizi qürurla təmsil etdik və bu qələbə bizi gələcəkdə daha da güclənməyə və yeni zirvələrə yüksəlməyə ruhlandırdı! Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə «Grace of Nature» beynəlxalq turniri ən yaxşı turnirlərdən biri oldu! Biz ilk öncə Azerbaycan Gimnastika Federasiyasina və diqər təşkilatçılara, çıxış etmək şansına görə təşəkkür etmək istəyirik. Əminik ki, bu, hər bir iştirakçı üçün yaxşı təcrübə oldu. Tədbirin bir hissəsi olduğumuzu bilmək xoş idi. Naxçıvan bizi çox mehriban qarşıladı və burada təbiətin təsvirolunmaz gözəlliyi, eləcə də istedadlı idmançıları var!
Son olaraq bütün komandamız və “Su İdmanı Sarayı” rəhbərliyi adından bütün şəhid ailələrinə başsağlığı veririk. Qələbəmizi şəhidlərimizə həsr edirik! Allah rəhmət eləsin", - "Su İdmanı Sarayı"nın direktor müavini Novruz Novruzov müsahibəsində qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...
