"Barselona"nın keçmiş prezidenti buna görə istefa verib
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona"nın keçmiş prezidenti Sandro Rossel 2014-cü ilin yanvarında istefa verməsinin səbəblərini açıqlayıb.
BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, o, bu barədə İspaniyanın TV3 telekanalına müsahibəsində deyib.
"Valideynlərimin gündəlik aldığı ölüm təhdidləri səbəbindən "Barselona"nın prezidenti olmağı dayandırdım. Onlara anonim məktublar və zənglər gəlirdi. Bu barədə müvafiq orqanlara məlumat verdik, lakin onlar bunun arxasında kimin dayandığını öyrənə bilmədilər", - deyə o bildirib.
Qeyd edək ki, Rossel 2010-2014-cü illərdə Kataloniya klubunun prezidenti vəzifəsində çalışıb. 2017-ci ildə o, çirkli pulların yuyulması istintaqı çərçivəsində həbs edilib. 2019-cu ilin aprel ayının sonunda İspaniya məhkəməsi ona tam bəraət verib. Mediada yer alan məlumata görə, 2010-cu ildə prezident kürsüsünə gələn Sandro Rossel Neymarla bağlı qalmaqala görə istefa verib.
Xatırladaq ki, ötən gün "Barselona" "Real Madrid"i 3:1 hesabı ilə məğlub edərək İspaniya Superkubokunu qazanıb. Katalonlardan qolları Qavi, Robert Levandovski və Pedri, "kral klubu"ndan isə yeganə qolu Kərim Benzema vurub.
Oxşar xəbərlər
"Qızıl top"u heç vaxt ala bilməyən futbol ulduzları - Bekhem, Lempard, İnyesta...
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu mövsüm qalibi "Real"ın və Fransa millisinin üzvü Kərim Benzema olub. Ancaq futbol dünyasının...