“Barselona”nın futbolçusu PSJ-yə keçir

31
iyl
2023
09:09
İspaniyanın “Barselona” klubunun futbolçusu Usman Dembele Fransa PSJ-sinə keçir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano paylaşım edib.
O bildirib ki, artıq klublar arasında razılaşma əldə olunub. 26 yaşlı oyunçu PSJ-yə 5 illik müqavilə əsasında gedir.
Qeyd edək ki, Usman Dembele 2022/2023 mövsümündə “Barselona”nın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
İlkay Gündoğanın yeni klubu bəlli oldu
Bu mövsüm La Liqada çempion olan “Barselona” Serxio Busquets komandadan ayrıldıqdan sonra yeni yarımmüdafiəçi axtarışındadır. BAKU.WS xarici mətbuata istinadən...
