"Barselona" prezidentinin oğlu Madriddə həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyanın "Barselona" klubunun prezidenti Xoan Laportanın oğlu Gillem Laporta Madriddə həbs edilib.
BAKU.WS "Gazeta.ru"ya istinadla xəbər verir ki, o, paytaxtda restoranların birində sevgilisi ilə münaqişəyə görə tutulub.
Gillem Laportanın restoranda onlarla insanın gözü önündə xanımı hədələyərək silkələdiyi bildirilir. O, hadisə yerinə gələn polis əməkdaşları ilə də aqressiv davranıb və saxlanılmasına müqavimət göstərib.
Gillem Laporta kobud və aqressiv rəftarda ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq.
Qeyd edək ki, La Liqanın IX turunda "Barselona" "Real Madrid"ə 1:3 hesabı ilə uduzub.
Oxşar xəbərlər
UEFA prezidenti: "Real", "Barselona", "Yuventus" rəhbərliyi futbolu öldürməyə çalışırdı”
UEFA prezidenti Aleksander Çeferin Super Liqa yaratmaq cəhdlərinə görə İspaniyanın “Real Madrid", “Barselona" və İtaliyanın “Yuventus” klublarının rəhbərliyini...