"Barselona"nın sabiq kapitanı MLS klubuna keçdi

Barselonanın sabiq kapitanı MLS klubuna keçdi
İdman 12

"Barselona"nın keçmiş kapitanı və yarımmüdafiəçisi Serxi Roberto karyerasını ABŞ-də davam etdirəcək.

BAKU.WS xəbər verir ki, 34 yaşlı futbolçu "Los-Anceles Qalaksi"yə azad agent kimi transfer olunub.

MLS klubu transferi rəsmi şəkildə açıqlayıb. Roberto ilə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub və anlaşmada müddətin 2029-cu ilə qədər uzadılması üçün seçim bəndi də yer alır.

"Barselona" akademiyasının yetirməsi olan ispaniyalı futbolçu 2006-2024-cü illərdə klubun sistemində çıxış edib. O, əsas komandada bütün turnirlərdə 373 matça çıxaraq 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.

Roberto daha əvvəl İtaliyanın "Komo" klubunda da forma geyinib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər