"Barselona"nın qapıçısı bu kluba keçməyə razılıq verib

Barselonanın qapıçısı bu kluba keçməyə razılıq verib
İdman 62

Almaniyalı qapıçı Mark-Andre ter Ştegen "Jirona"ya keçməyə razılıq verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Football Espana" nəşri məlumat yayıb.

Məlumata görə, "Barselona" alman qolkiperi icarə əsasında "Jirona"ya göndərməyə hazırdır. Şərt ondan ibarətdir ki, klub futbolçunun cari mövsümdə aldığı maaşın təxminən dörddə birini öz üzərinə götürsün.

Keçidin qarşısında duran əsas maneələrdən biri isə qapıçının katalon klubunda qalmaq istəyi olub. Ter Ştegen bu qərarı əsasən uşaqlarına daha yaxın olmaq arzusu ilə izah edib.

Qapıçı 2014-cü ildən etibarən "Barselona"nın formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlər üzrə 423 oyunda meydana çıxıb və 176 matçda qapısını toxunulmaz saxlayıb. Futbolçunun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

"Transfermarkt" portalının məlumatına görə, Mark-Andre ter Ştegenin hazırkı bazar dəyəri 7 milyon avro təşkil edir.

Son xəbərlər