"Barselona"nın gənc ulduzuna 10 tikiş vuruldu

Barselonanın gənc ulduzuna 10 tikiş vuruldu
Foto
İdman 111

"Barselona"nın 17 yaşlı gənc müdafiəçisi Pau Kubarsi "Srvena Zvezda" matçında üzünə aldığı zərbədən sonra qan içində yerdə qalıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Pau Kubarsinin üzünə 10 tikiş vurulub.

Belə ki, ötən gecə Çempionlar Liqasının 4-cü həftəsində keçirilən "Srvena Zvezda" - "Barselona" matçında gənc futbolçu Pau Kubarsi böyük qorxuya səbəb olub.

Matçın 65-ci dəqiqəsində rəqibin topa zərbə endirməsi zamanı üzündən zədə alan gənc ulduz qan içində yerə yıxılıb.

"Srvena Zvezda"nın futbolçusu Uros Spajiç təhlükəli şəkildə ayağını qaldırıb Kubarsinin üzünə zərbə vurduğu üçün sarı vərəqə alıb, lakin 17 yaşlı futbolçu oyunu davam etdirə bilməyib.

Komanda yoldaşları Kubarsini qan içində görüb qorxuya düşdükləri üçün həkimlər briqadasını meydançaya çağırıblar.

Matçın sonunda almaniyalı çalışdırıcı gənc futbolçunun vəziyyətinin yaxşı olduğunu, üzündəki yaraya 10 tikiş vurulduğunu bildirib. O, Kubarsinin bazar günü keçiriləcək oyun üçün heyətə salınmasının mümkün olduğunu bildirib.

"Barselona"nın gənc ulduzu matçdan sonra sosial media hesabında şəklini paylaşaraq "Hər şey Barça üçündür" yazıb.

Son xəbərlər