“Barselona” Aquero və Depayla razılaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Barselona” “Mançester Siti”nin hücumçusu Serxio Aquero ilə ilkin razılıq əldə edib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, “Diario Sport” məlumat yayıb.
Məlumata görə, iyunun 1-də onunla iki illik müqavilə imzalanacaq.
Kuman Memfis Depayın transferinə əngəl törətməyəcəyi şərtilə argentinalı futbolçunun alınmasına razı olub.
“Marca” nəşrinin iddiasına görə, artıq “Lion”un niderlandlı hücumçusu ilə də razılıq əldə olunub. O, məvacibinin azaldılması şərtini qəbul edib. Lakin məlumatda bildirilib ki, Kumanın klubu tərk edəcəyi təqdirdə, bu transferin reallaşması şübhə altına düşəcək.
Oxşar xəbərlər
Serxio Aquero "Siti" azarkeşlərini sevindirdi
"Mançester Siti"nin argentinalı hücumçusu Serxio Aquero digər kluba keçmək niyyətində deyil. BAKU.WS xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb. Ulduz f...