“Bakılı balası” Mikels belə qayıtdı - VİDEO

“Sabah” klubu yerli azarkeşlərin “Bakılı balası” adlandırdığı Coy-Lens Mikelsi yenidən heyətinə cəlb edib.
BAKU.WS xəbər verir ki, klub transfer açıqlamasını azarkeşlərinə fonda "Bakılı balası" musiqisinin yer aldığı maraqlı video ilə çatdırıb.
Qeyd olunub ki, almaniyalı vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb.
Xatırladaq ki. Mikels daha öncə, 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışmış, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. Futbolçu komandaya azad agent kimi qoşulub.
“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels, klubun heyətində ən çox qol vurmuş futbolçudur.
Sözügedən videonu təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
