Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin proqramı müəyyənləşib
Fevralın 14-16-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək cüdo üzrə "Böyük Dəbilqə" turnirinin proqramı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə beş çəki dərəcəsində - kişilərdə 60 kq və 66 kq, qadınlarda 48 kq, 52 kq və 57 kq-da medallar sahiblərini tapacaq.
Turnirin ikinci günündə daha dörd çəkidə çempionlar və mükafatçılar müəyyənləşəcək: kişilərdə 73 kq və 81 kq, qadınlarda isə 63 kq və 70 kq-da.
"Böyük Dəbilqə"nin son günündə mübarizə beş çəkidə - kişilərdə 90 kq, 100 kq və +100 kq, qadınlarda isə 78 kq və +78 kq-da davam edəcək.
Final qarşılaşmaları hər gün saat 17:00-da başlayacaq. Səhər yarışlarının dəqiq başlama vaxtı püşkatmadan sonra bəlli olacaq.
Qeyd edək ki, turnirdə 38 ölkədən cüdoçular iştirak edəcəklər. Azərbaycan 33 idmançı ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
"Mançester Siti"dən 8 qolluq qələbə, "Liverpul" İsakla güldü
İngiltərə Premyer Liqasının V turunda məhsuldar qarşılaşma baş tutub. "Mançester Siti" doğma meydanda "Sanderlend"i 5:3 hesabı ilə məğlub edib, "Liverpul" isə s...