"Bakı Marafonu 2024"ün qalibi: Yarışın adına uyğun olaraq küləyə qalib gəldim
05
may
2024
18:33
Yarışın adına uyğun olaraq küləyə qalib gəldim.
"Report"un məlumatına görə, bunu "Bakı Marafonu 2024"ün kişilər arasında qalibi Ahmet Alkanoğlu deyib.
Türkiyəli idmançı yarışın çətin keçdiyini bildirib: "Küləkli havada qaçmaq çətindir. 1 saat 6 dəqiqə ərzində finişə çatdım.
Bu mənim qalib gəldiyim ilk belə yarış deyil. Daha əvvəl başqa marafonlarda da birinci yeri tutmuşam. 12 ildir qaçışla məşğulam".
Qeyd edək ki, "Küləyə qalib gəl" şüarı ilə 7-ci dəfədir təşkil edilən marafona 18 mindən çox iştirakçı qatılıb.
Oxşar xəbərlər
"Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb - FOTO
"Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb. "Report" xəbər verir ki, mükafatlandırılma iki kateqoriyada olub. Kişi və qadın kateqoriyalarının hər birind...