Bakıda yoxa çıxan somalili idmançılar tapıldılar
26
may
2017
10:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda itən Somali idmançıları bu gün vətənlərinə yola salınıb.
BAKU.WS xəbər verir ki, virtualaz.org-a Daxili Işlər Nazirliyindən verilən məlumata əsasən, Somali idmançıları yarışların bitməsindən dərhal sonra Azərbaycan rayonlarından birinə yollanmağa və orada istirahət etməyə qərar veriblər.
Nəticədə, idmançılar reyslərinə gecikiblər və ölkələrinin nümayəndə heyəti ilə birlikdə vətənlərinə qayıda bilməyiblər.
Lakin bu gün DİN əməkdaşlarının müşayiəti ilə onlar hava limanına yola salınıb və oradan vətənlərinə yola düşüblər.
BAKU.WS
Oxşar xəbərlər
Bakı polisi Somalidən gələn idmançıları axtarır
Bakı polisi IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Somalidən olan idmançıları axtarır. BAKU.WS-in Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata görə,...