Bakıda keçiriləcək növbəti Formula 1 ilə bağlı PLANLAR açıqlandı
13
sen
2018
13:15
Gələn ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran Prisi ilə bağlı planlar açıqlanıb.BAKU.WS Trend-ə istindən xəbər verir ki, Bakı Şəhər Halqasının marketinq və kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib ki, Formula 1-ə maraq hər il 30 faizə qədər artır və həm yerli sakinlər, həm xarici qonaqlar yarışmaya daha böyük maraq göstərirlər.N.Arpadarai deyib ki, bu il yarışmaya bilet satışına daha tez, yəni oktyabrın axırları start verilməsi nəzərdə tutulur: "Bu dəfə də bilet satışı Azərbaycan vətəndaşları üçün endirim kampaniyası ilə başlayacaq. Biletlərin tez satışına başlanılması onunla bağlıdır ki, xaricilər planlarını əvvəldən qururlar".Şöbə müdiri yarışların 5 il tamam olduqdan sonra uzadılması məsələsinə də toxunub: "Yarışların uzadılması ilə bağlı danışıqlar gedir, ancaq neçə il uzadılacağı hələlik məlum deyil".Şöbə müdiri əlavə edib ki, noyabr ayından yarışla bağlı tikinti işlərinə start veriləcək.BAKU.WS
Oxşar xəbərlər
Bakıdakı Formula-1-in xərclərini kim ödəyir?
Gənclər və idman naziri Azad Rəhimov Formula-1 yarışlarına Azərbaycanın nə qədər pul xərclədiyini açıqlayıb.BAKU.WS-in məlumatına görə, nazir bildirib ki, Azərb...