Azərbaycan – İtaliya oyununda rekord qeydə alınıb

Azərbaycan – İtaliya oyununda rekord qeydə alınıb
İdman 1150

 

Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya oyununda azarkeş sayı ilə bağlı rekord göstərici qeydə alınıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) BAKU.WS-ə verilən məlumata görə, ilk dəfə millimizin oyununu stadionda 48 mindən artıq azarkeş izləyib.

AFFA Azərbaycan – İtaliya oyunu ilə bağlı daha bir statistik məlumatı ictimaiyyətin diqqətinə çatdırır. Qeyd olunmuş oyuna 150 min 729 AZN məbləğində bilet satılıb. 

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu qonaqların xeyrinə 3:1 hesabı ilə başa çatıb. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

İtaliyanın baş məşqçisi: "Qol buraxmaq xoşuma gəlmədi" (FOTO, VİDEO)

İtaliyanın baş məşqçisi: "Qol buraxmaq xoşuma gəlmədi" (FOTO, VİDEO)

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İtaliya oyunundan sonra mətbuat konfransı təşkil olunub. BAKU.WS-in məlumatına görə, hər iki...

917 İdman 09:47 11 oktyabr 2015

Son xəbərlər