Azərbaycan Premyer Liqasının oyunu zamanı 65 metrdən qol vuruldu (VİDEO)
10
sen
2017
13:24
Bakının "İnter" və Gəncənin "Kəpəz" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının IV turunun açılış oyununda gözəl qol vurulub.BAKU.WS-in "Report"a istinadla məlumatına görə, qeyri-adi qol "İnter Arena"dakı matçın 37-ci dəqiqəsində qeydə alınıb. Qonaq komandanın futbolçusu Kərim Diniyev mərkəz dairəsinin özlərinə aid hissəsindən - təxminən 65 metr məsafədən topu "İnter"in qapısına göndərib. Bu qoldan sonra "Kəpəz" fərqi azaldıb - 2:3. Komandalar fasiləyə elə bu hesabla da çıxıblar. Qeyd edək ki, Kərim Diniyev "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin oğludur. BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ın oyunu təxirə salındı
“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.BAKU.WS PFL-ə istinadən məlumat verir ki, klub ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərin...