“İnter” və “Zirə” Avropa Liqasının növbəti mərhələsində
07
iyl
2017
00:05
İlk matçda səfərdə "Mladost”a 3:0 hesabı ilə qalib gələn "İnter” Bakıda 2:0 hesabı üstün olub. Bakıda Lüksemburqun "Differdanj” komandasını 2:0 hesabı ilə məğlub etmiş "Zirə” isə ikinci oyunu da qələbə ilə başa vurmağı bacarıb – 2:1.
Beləliklə, hər iki klubumuz Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.
"İnter” həmin mərhələdə Lüksemburqun "Fola”, "Zirə” isə Rumıniyanın "Astra” komandası ilə qarşılaşacaq.
İkinci mərhələnin oyunları iyulun 11-12-si və iyulun 18-19-da keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
“Zirə” meydana qara sarğı ilə çıxıb
"Zirə” Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Differdanj"la qarşılaşıb. BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, Ba...