Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək karateçilər bəlli olub
11
apr
2019
21:09
“Minsk 2019” II Avropa Oyunlarına və Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərində ANOC Dünya Çimərlik Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları bəlli olub.Azərbaycan Milli Karate Federasiyasının Mətbuat xidmətindən verilən məlumata görə, Belarusun paytaxtında ölkəni 6 karateçi təmsil edəcək. Kumite turnirində Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq), kata yarışlarında isə Roman Heydərli mübarizə aparacaq.Karateçilər İspaniyada keçirilən sonuncu Avropa çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak etmək hüququ əldə ediblər. Karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.Son Avropa üçüncüsü R.Heydərovun nəticəsi ona həm də ANOC Dünya Çimərlik Oyunlarında ölkəmizi təmsil etmək şansı verib. San Dieqoda 9-15 oktyabr tarixlərində mötəbər yarışın karate tirniri isə 10-11 oktyabrda olacaq.BAKU.WS
Oxşar xəbərlər
Karateçilər Avropa çempionatından 4 medal qazandı (FOTO)
Azərbaycan milli komandası 28-31 mart tarixlərində İspaniyanın Quadalaxara şəhərində Avropa çempionatını bir qızıl və gümüş, eləcə də 2 bürünc medalla başa vurd...