Karateçilər Avropa çempionatından 4 medal qazandı (FOTO)
01
apr
2019
15:07
Azərbaycan milli komandası 28-31 mart tarixlərində İspaniyanın Quadalaxara şəhərində Avropa çempionatını bir qızıl və gümüş, eləcə də 2 bürünc medalla başa vurdu. BAKU.WS Azərbaycanın Milli Karate Federasiyasına istinadla xəbər verir ki, Para-Karate yarışlarının gözdən zəif idmançılar kateqoriyasında Sahib Əhədov Avropa çempionu oldu. Fərdi kumite yarışlarında Rafael Ağayev (-75 kq) gümüş medala, Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafata sahib oldu. Daha bir bürünc medalı Roman Heydərov (kata) qazandı.Nuranə Əliyeva (-50 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası bürünc medal uğrunda görüşdə qələbəni əldən verdi. Rafiz Həsənov (-67 kq) və Ayxan Mamayev (-84 kq) təsəlliverici döyüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilmədilər. Nəticələrdən başqa, mərhələ keçən İdmançılarımız dünya reytinq cədvəli ilə birgə, 2-ci Avropa oyunları və 2020-ci ildə Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda reytinq xallarını artırdılar. Yaxın günlərdə 2-ci Avropa Oyunlarına vəsiqə qazanan karateçilərin siyahısı açıqlanacaq. Böyüklərin 54-cü Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edib. Azərbaycan medal qazana bilən 26 ölkə arasında 10-cu yeri tutub. Qitə çempionatının sonunda təşkilatçı ölkə kimi İspaniya Karate Federasiyasının prezidenti Antonio Marquenyo və Avropa Karate Federasiyasının (EKF) 1-ci Vitse-Prezidenti Jiri Bocek, EKF-in bayrağını 2020-cu ildə 55-ci Avropa çempionatının təşkilatçısı Azərbaycana təqdim etdilər. Aəzrbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov rəsmi mərasimdə EKF-in bayrağını qəbul etdi. Növbəti qitə çempionatı gələn ilin martında paytaxtımızda təşkil olunacaq. BAKU.WS
Oxşar xəbərlər
Rafael Ağayev Avropa çempionatının finalında - FOTO
Karate üzrə böyüklər arasında 54-cü Avropa çempionatına start verilib.İspaniyanın Qvadalaxara şəhərində keçirilən yarışın ilk günündə Azərbaycan idmançıları da...