Azərbaycanlı idmançı Avropa çempionatında iki gümüş medala sahib çıxıb
Muhəmmədəli Məmmədzadə Avropa birinciliyində 2 gümüş medal qazanıb.
BAKU.WS xəbər verir ki, İspaniyanın paytaxtı Madrid şəhərində U-15 və yeniyetmələrin Avropa birinciliyi keçirilir. Son yarış günü atletlərimizdən Muhəmmədəli Məmmədzadə U-15 kateqoriyasında mübarizəyə qoşulub.
88 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək gümüş medala sahib olub. Muhəmmədəli təkanla qaldırma hərəkətində 147 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 269 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb.
Bu çəki dərəcəsində yarışmış digər təmsilçimiz Ayxan Məmmədov isə toplamda 218 kq (102+116) nəticə ilə birinciliyi 6-cı pillədə başa vurub.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" Çempionlar Liqasındakı növbəti matçında heç-heçə edib
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb. BAKU.WS xəbər verir ki, Lüksemburq çempionu "Differdanje 03" ilə...