Azərbaycanlı idmançı Rusiyada mütləq çempion oldu - FOTO/VİDEO
27
dek
2021
14:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Barnaul şəhərində dünya mükafatçısı, ikiqat Avropa çempionu, Əməkdar idman ustası Sergey Xoroxordinin şərəfinə 15-ci dəfə idman gimnastikası üzrə turnir keçirilib.
BAKU.WS xəbər verir ki, turnirə azərbaycanlı gimnast Hüseyn Xəlilov qatılıb.
Bu gün baş tutan yarışda həmyerlimiz Novosibirsk şəhərini təmsil edib. H.Xəlilov idmançı çoxnövçülük (6 hərəkətin cəmi) üzrə mütləq çempion adını qazanıb. İdmançımıza qızıl medal, kubok və diplomdan başqa, maqnitofon və pul mükafatı təqdim olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın Tokio Olimpiadasında iştirak edəcək idmançı sayı bilindi - YEKUN HEYƏT
Azərbaycanı Tokio Olimpiadasında təmsil edəcək idmançıların sayı açıqlanıb. BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, artıq yekun siyahı bəllidir. Sonuncu lis...