Azərbaycanlı idmançı iranlı rəqibini bir dəqiqəyə nokaut edib kəmər qazandı - VİDEO
30
iyn
2021
18:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı peşəkar kikboksçu Şikar Bədəlov Türkiyənin Konya şəhərində keçirilən KoK (King of Kings) turnirinin kəmərini qazanıb.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, o, 75 kq çəki dərəcəsində iranlı rəqibi İbrahim Xazaini nokauta salaraq qalib gəlib.
O bunu birinci raundun birinci dəqiqəsində bacarıb. Bununla da Şikar KoK kəmərinə sahib çıxıb.
Qeyd edək ki, Şikar Bədəlov Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsidir. O, yarışlara Əməkdar məşqçi Hakim Hacıyevin rəhbərliyi altında hazırlaşır.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...